Milli kitabxanada kitab sərgisi
Mayın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Yaddaşlarda yaşayan lider” adlı kitab sərgisi açılıb.
Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Qeyd olunub ki, ümummilli liderin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına qayğısı xüsusi yer tutur. Buna görə də dahi liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə ümummilli liderin həyat və fəaliyyətini özündə əks etdirən Azərbaycan, rus, ingilis, türk və fars dillərində 250-yə yaxın kitab nümayiş olunub.