Qazaxıstan paytaxtı Astananın “Türk dünyasının və MDB-nin mədəniyyət paytaxtı” elan olunması ilə bağlı şəhərdəki Lev Qumilyov adına Avrasiya Milli Universitetində beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan, Almaniya, Pakistan, Malayziya, Hindistan, Fransa, Rusiya, Qırğızıstan, Özbəkistan, həmçinin Qazaxıstanın tarix, fəlsəfə, sosiologiya, iqtisadiyyat və digər sahələrinin alimləri, ekspertlər, ali məktəblərin müəllimləri, tədqiqatçılar iştirak edib.
Tədbirdə Astananın “Türk dünyasının və MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi və bu sahədə görülən işlər, türk dünyası arasında əlaqələrin genişləndirilməsinin fəlsəfi, sosial-mədəni, tarixi və iqtisadi tərəfləri və digər məsələlər müzakirə olunub.