Hər hansı bir sahədə çalışan mütəxəssisin zamanın tələbinə uyğun olaraq müntəzəm şəkildə ixtisas biliklərini artırması zəruridir. Müxtəlif sahələrdə hazırlıq və ixtisasartırma kurslarının təşkili təcrübəsi keçmiş SSRİ dövründə geniş yayılmışdı. Bu gün də dünyanın müxtəlif ölkələrində belə layihələr həyata keçirilir. Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanovla söhbətimiz də bu barədədir.
- Klub və kitabxanaları əhatə edən səyyar yay kurslarına yekun vuruldu. Nəticələri uğurlu hesab etmək olarmı?
- Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsində müxtəlif kateqoriyalar üzrə davamlı olaraq ixtisasartırma kursları təşkil edir. 2010-cu ilin əvvəllərində mədəniyyət sahəsində kadr məsələsini təhlil etdik. Bu sahədə çalışanların təhsilini, iş təcrübələrini araşdırdıq. Məlum oldu ki, kənd klub müəssisələri və kitabxana işçilərinin təxminən 50-55, bəzi yerlərdə isə 60 faizi ümumi orta və yaxud da qeyri-ixtisas təhsillidir. Əlbəttə ki, bu qənaətbəxş fakt deyildi. Ona görə də belə bir ideya irəli sürdük ki, bölgələrdə orta və qeyri-ixtisas təhsilli kitabxana və klub müəssisələri işçiləri üçün kurslar təşkil edək. Onların Bakıya dəvət olunaraq kurslarda iştirak etməsi üçün uzun zaman tələb olunurdu. Ona görə də qərara gəldik ki, kursları səyyar şəkildə yay aylarında bölgələrdə təşkil edək. Bu təklifiniz Mədəniyyət və Turizm Nazirliyində müsbət qarşılandı, bizə dəstək verildi.
Klub müəssisələri və kitabxanaların orta və qeyri-ixtisas təhsilliişçiləri üçün üç il davam edən kurslara bu il yekun vurduq. Bu müddətdə Naxçıvan Muxtar Respublikası, əhalisi məcburi köçkün olan rayonlar istisna olmaqla, respublikanın qalan bölgələrində ümumilikdə 1041 nəfəri təlim kurslarına cəlb etdik. İştirakçıların 52 faizini kitabxana, 48 faizini klub müəssisələri işçiləri təşkil edib.
- Təlim kursları hansı formada keçirilir?
- Səyyar yay kurslarında tədris yüksək ixtisaslı mütəxəssislər, həmçinin bizim mərkəzin əməkdaşları tərəfindən aparılır. Kursların ən qısa müddətlisi 10 gün davam edir. Biz çalışdıq tədris proqramını elə quraq ki, dərslərin 80-85 faizi bilavasitə ixtisasla bağlı, daha çox praktik yönlü olsun. Təlim iştirakçılarına tutduğu vəzifə öhdəliklərinin layiqincə yerinə yetirmələri ilə bağlı vacib nəzəri və praktik biliklər aşılansın. Düşünürəm ki, məqsədimizə çata bildik.
Yeri gəlmişkən, kurslar yay aylarında təşkil olunduğundan, paytaxtda bu sahədə çalışan mütəxəssisləri tədris prosesinə cəlb etmək daha asan olur. Dinləyicilər bundan razılıq edirdilər. Bilik və bacarıqların yeni təlim və metodlarla tətbiqi vacib məsələlərdəndir. Biz bu amilə xüsusi diqqət yetiririk. Bölgələrdə praktik yönlü seminar dərslər təşkil edir, bəzən dinləyiciləri ekskursiyalara cəlb edirik. Hətta bir neçə dərsi muzey əməkdaşları ilə birgə müxtəlif muzeylərdə keçirdik. Baxmayaraq ki, müddət qısadır, çalışırıq kurslar səmərəli olsun.
- Bəs muzey əməkdaşları üçün səyyar yay kursları nə vaxtdan başlanıb?
- Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətin müxtəlif sahələri ilə yanaşı, turizmin inkişafına da xüsusi dəstək verir. Bu nöqteyi-nəzərdən muzeylərdə ziyarətçilərə, o cümlədən ölkəmizə gələn əcnəbi qonaqlara mədəni xidmətin yüksəldilməsi vacib amillərdəndir. Məlumat üçün deyim ki, muzey işçilərinin 40-50 faizi orta ixtisas və ya qeyri-ixtisas təhsillidir. Bütün bunları nəzərə alaraq ikinci mərhələdə orta ixtisas və qeyri-ixtisas təhsilli muzey əməkdaşları üçün səyyar yay kursları təşkil etmək qərarına gəldik. İyulun 3-də Gəncədən başlanan ilk kurslara ayın 12-də yekun vuruldu. Təlimlərə Gəncə və ətraf bölgələrdən - Goranboy, Göygöl, Samux, Naftalan və Daşkəsəndən 38 muzey işçisi cəlb olundu. İyulun 17-dən 26-dək Şəki şəhərində təşkil olunan səyyar kurslarda isə Oğuz, Qax, Zaqatala, Balakəndən 54 nəfər dinləyici iştirak etdi. Ali təhsilli muzey əməkdaşları da kurslarda iştiraka maraq göstərirdilər. Müəllimlər də, dinləyicilər də razı qaldılar. Əslində bütün bunlar mədəniyyət siyasətinin kadr hazırlığı istiqamətində yerlərdə tətbiqidir. Biz növbəti ildə də muzey əməkdaşları üçün kursları yay aylarında davam etdirəcəyik.
- Növbəti mərhələlərdə hansı layihələr planlaşdırılır?
- Muzey əməkdaşları üçün kurslar başa çatandan sonra mədəniyyətin digər sahələrində çalışanlar üçün təlim kurslarının təşkilini planlaşdırırıq. Uşaq musiqi məktəblərinin müəllimləri çoxdur. Onlar arasında orta və ya qeyri-ixtisas təhsillilər demək olar ki, qalmayıb. Amma gələcəkdə ola bilər ki, bu səyyar kursları təcrübə mübadiləsi formasında təşkil edək. Qoruq işçiləri üçün də müəyyən formada təlim kursları keçirilə bilər. Bu barədə düşünürük. Məqsədimiz təlim kurslarını müasir, yeni metod və üsullarla təşkil edərək uğurlu nəticə əldə etməkdir.
Ceyhun