Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 87-ci ildönümü münasibətilə şairin doğulduğu Şəki şəhərində xatirə tədbiri keçirilib. Şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şairin ailə üzvləri əvvəlcə unudulmaz şəxsiyyətin şəhərin mərkəzi parklarından birində qoyulmuş büstü önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilən “Poeziyamızın Bəxtiyarı” adlı xatirə gecəsində əvvəlcə unudulmaz şairin həyat və fəaliyyətindən bəhs edən “Bu dünyadan bir bəxtiyar keçdi” filmi nümayiş etdirilib.
Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılov çıxışında Bəxtiyar Vahabzadəni zəmanəmizin böyük filosof-şairi, öz poeziyası, şəxsiyyəti, azadlıq uğrunda mübarizəsi ilə xalqımızın qəlbində dərin iz qoymuş böyük tarixi şəxsiyyət kimi dəyərləndirib. Qeyd olunub ki, 2009-cu ildə əbədiyyətə qovuşmuş Bəxtiyar Vahabzadənin xatirəsi həmyerliləri tərəfindən daim əziz tutulur, şairin doğum günü münasibətilə hər il avqustun 16-da Şəkidə silsilə tədbirlər, xatirə gecələri keçirilir.
AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Bəxtiyar Vahabzadənin Türk dünyasının bəşər poeziyasına bəxş etdiyi nadir tarixi şəxsiyyət olduğunu bildirib. Qeyd edib ki, ədib daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayıb, onun zəngin yaradıcılığı poeziyamızın, şeirimizin cövhəri olub.
Xatirə gecəsində AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə, şair Vaqif Aslan və başqaları çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairlə bağlı xatirələrini bölüşüblər.