Avqustun 15-də Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 180 illik yubileyi münasibətilə tədbir keçirilib.
   “Xurşidbanu Natəvan və onun poetik irsi” adı altında reallaşan tədbirdə şairin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatı tarixində mövqeyi, xeyriyyəçilik fəaliyyəti haqqında geniş məlumat verilib. Sonra “Qarabağ bülbülləri” ansamblının və 167 nömrəli orta məktəbin şagirdlərinin ifasında musiqili ədəbi kompozisiya təqdim edilib. Tədbir iştirakçıları həmçinin kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş sərgi ilə də tanış olublar.