Sentyabrın 6-da Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində TÜRKSOY təşkilatının Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu iclası işə başlayıb. 
   İclasda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Toplantıda TÜRKSOY-un 2013-cü il üçün fəaliyyət proqramı və təşkilatın 20 illiyi ilə bağlı tədbirlərin müzakirəsi nəzərdə tutulur. Səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərini Başqırdıstan Respublikasının Prezidenti Rüstem Xamitov qəbul edəcək.