Türkiyənin Çankırı şəhərində TÜRKSOY-un 5-ci heykəltəraşlar toplantısı təşkil edilib. Toplantıda ölkəmizi gənc heykəltəraş Novruz Məmmədov təmsil edir.
   
   TÜRKSOY-un Ankaradakı baş ofisində keçirilmiş mətbuat konfransında təşkilatın baş katibi Düsen Kaseinov bildirib ki, toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan və Tuva respublikalarının gənc heykəltəraşları ilk dəfə qaya duzu üzərində Orxon-Yenisey yazılı abidələrini əks etdirəcəklər.
   Bu toplantı ilə paralel olaraq, Qazaxıstanın paytaxtı Astanada heykəltəraşların görüşü keçirilir. Bu tədbirlər türkdilli ölkələrin heykəltəraşlarının bir-birini daha yaxından tanıması və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. TÜRKSOY bu il şairlər, memarlar, jurnalistlər, fotoqraf və rəssamlar olmaqla, mindən çox türk dünyası istedadlarını görüşdürüb.