Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri özbək dilinə ("Maxzan-ul Asror") tərcümə edilib.
   Tərcüməçi, alim Olimcan Buriyev tərəfindən özbək dilinə çevrilən kitab Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində çapa hazırlanır. Kitabın ön sözünün müəllifi akademik Əziz Kayumov, təzkirəçi professor Xamidcan Xamididir.
   Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın nəşrindən sonra təqdimatının keçiriləcəyini, habelə qurumun layihəsi ilə gələcəkdə Nizami "Xəmsə"sinin bütövlükdə özbək dilinə tərcüməsinin nəzərdə tutulduğunu bildirib.
   Qeyd edək ki, kitab Özbəkistanın böyük kitabxanalarına, ali məktəb və elmi-tədqiqat institutlarının kitabxanalarına, habelə Nizami irsi ilə maraqlanan ədəbiyyatşünaslara hədiyyə ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar