![](/img/news/700x420/11658.jpg)
Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev tədbiri açaraq Fərid Hüseynin yaradıcılığından danışdı. Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, Kürdəmir rayon MKS-nin direktoru Şahalı Şıxəliyev, MKS-nin direktor müavini İradə Mahmudova, metodika-biblioqrafiya şöbəsinin müdiri Növrəstə Qəhrəmanova, baş kitabxanaçı Ərəstun Sadıqov və digər iştirakçılar gənc müəllifin yeni kitabları haqqında fikirlərini bildirdilər.
Sonra Fərid Hüseyn tədbir iştirakçılarının suallarına cavab verdi. Müəllif “Dözmək üçün məşq” və “Qandalı görməsin” kitablarını imzalayaraq iştirakçılara hədiyyə etdi.
Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin baş biblioqrafı