Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviya və Litvada rəsmi səfərdə olub. Oktyabrın 17-də Əbülfəs Qarayev Latviyanın iqtisadiyyat naziri Daniels Pavlyuttsla görüşüb. Görüşdə ölkəmizin Latviyadakı səfiri Elman Zeynalov iştirak edib.
Söhbət əsnasında Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, regionlarda turizm infrastrukturunun inkişafı barədə həmkarına məlumat verib. Son illər Azərbaycanda 5 beynəlxalq hava limanının inşa edildiyini deyən nazir bildirib ki, bu, ölkədə turizmin inkişafına imkan yaradır.
Latviyanın iqtisadiyyat naziri Daniels Pavlyutts turizm sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını deyib. Tərəflər turizmin təşkili sahəsində təcrübə mübadiləsi aparılmasının zəruri olduğunu vurğulayıblar. Statistikaya görə, təkcə 2011-ci ildə Azərbaycandan Latviyaya 1400-dən çox, Latviyadan Azərbaycana 1200-dən çox turist gəlib.
Görüşdə Azərbaycan və Latviya arasında daimi əsasda birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilib, bələdçi kitabçalarının birgə nəşrinin, iki ölkənin turizm potensialı haqqında reklam videoçarxlarının çəkilməsinin zəruriliyi vurğulanıb.
* * *
Oktyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvaya səfəri zamanı bu ölkənin mədəniyyət naziri Arunas Gelunasla görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin gələcək inkişafı məsələləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti yenidən qurulmaqda olan, gələcəkdə muzey kimi fəaliyyət göstərəcək Litvanın Böyük Kral Sarayında aparılan bərpa işləri ilə tanış olub. Nazir Litva Milli İncəsənət Qalereyasında Litva rəssamlarının əsərlərindən ibarət sərgiyə tamaşa edib. Görüşlərdə tarixi və mədəni irsin qorunması sahəsində təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.
Əbülfəs Qarayev Azərbaycan səfirliyinin təşəbbüsü ilə Litva Edukologiya Universitetində açılacaq Nizami Mərkəzində aparılan işlərlə də tanış olub, universitetin rəhbərliyi ilə görüşüb.
Nazir səfər çərçivəsində Litva Dövlət Turizm Departamentinin direktoru Raymond Balniyene ilə görüşüb. Görüşdə iki ölkənin turizm sahəsində əməkdaşlığı, turist səfərləri üçün prosedur qaydalarının sadələşdirilməsi məsələləri müzakirə edilib, əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub. Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak edib.