Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun “Əmir Teymur zirvəyə doğru” və “Əmir Teymur dünyanın hakimi” əsərləri özbək dilinə tərcümə edilərək bir kitab halında Daşkənddə çap olunub.
   Əsərləri orijinaldan özbək dilinə şair və tərcüməçi Usman Kuçkar tərcümə edib. Kitabın özbək dilində tərcüməsini təşkil edən və rəyçi Qulu Kəngərlidir.
   Yazıçının sözügedən əsərləri bundan əvvəl rus, türk və qazax dillərinə də tərcümə olunub. Eyni zamanda, Moskvada böyük tirajla nəşr edilib.
   İndiyədək Yunus Oğuzun “Nadir şah”, “Təhmasib şah”, “Atilla” və “Qədim türklər və rasionallıq nəzəriyyəsi” kitabları Türkiyədə çap olunub. Müəllifin “Nadir şah” romanı 2010-cu ildə Londonda ingilis dilində də işıq üzü görüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar