AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu İranın Məşhəd şəhərinin Astane-Qüdse-Rəzəvi kitabxanasından hürufiliyə dair iki əsərin surətini əldə edib. Əsərlərdən biri hürufiliyin banisi Fəzlullah Nəimiyə aid edilən “Bəşarətnamə” risaləsinin türk dilinə tərcüməsidir.
   İnstitutdan bildiriblər ki, indiyədək tədqiqatçılar F.Nəiminin əsərləri arasında “Bəşarətnamə” əsərinin adını qeyd etməyiblər. Sadə dildə, nəzmlə tərcümə edilmiş əsər əlyazmanın 30 vərəqinə köçürülüb. Burada ərəb hərflərinin müqəddəsliyindən danışılır, Quran və hədislərdən istifadə edilməklə varlıq, insan və əşyaların hərflərdən yarandığı göstərilir. Əsər bitdikdən sonra görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəvərdinin ərəbcə yazdığı “Fütuhnamə” əsərindən kiçik bir hissə də verilib.
   İkinci əsər isə Xeyrəti adlı hürufi şairinin 20 əlyazma kitabı vərəqinə köçürülmüş şeirlərindən ibarətdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar