Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev bu günlərdə Kampus Suffolk Universitetinin rektoru, professor Mayk Saksın dəvəti ilə Böyük Britaniyada səfərdə olmuşdur
Dövlətimiz tərəfindən mədəniyyət, incəsənət və təhsilə göstərilən böyük qayğı nəticəsində 90 illik səmərəli bir yol keçmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti hazırda həm respublikamızda, həm də beynəlxalq təhsil məkanında böyük maraq doğuran bir ali məktəbə çevrilmişdir.
Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, onun milli zəmində beynəlxalq təhsil məkanına inteqrasiya etməsi, mədəniyyət və incəsənətin bütün sahələrində respublika və beynəlxalq əhəmiyyətli elmi və bədii tədbirlərdə fəal iştirak bu ali məktəbin nüfuzunun xeyli artmasını reallaşdıran göstəriciləridir. Bu nailiyyətlərin qazanılmasında universitetdə çalışan görkəmli sənət xadimlərinin, eləcə də istedadlı tələbələrimizin xidmətləri böyükdür.
Universitetin rektorunun inkişaf etmiş Avropa ali məktəbləri ilə sıx əlaqələr yaratması dünyanın 30-a yaxın universiteti ilə əməkdaşlıq müqavilələrinin imzalanmasına gətirib çıxarmışdır. Bunun nəticəsi olaraq universitetimiz Yaponiyanın «Ot kökləri» layihəsində, «Mitsubisi Korporeyşn» şirkəti tərəfindən irəli sürülmüş mədəniyyət üzrə xüsusi layihədə, Almaniyanın təhsil üzrə nümayəndəliyinin «DAAD» proqramında, Bakıdakı Yunanıstan səfirliyinin təklif etdiyi Aleksandr Onasis Fondunun proqramında, ABŞ səfirliyinin vasitəçiliyi ilə Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət proqramında, UNESCO-Aschberg, TEMPUS - TACİS və bir çox digər beynəlxalq layihələrdə iştirak edir. Təhsil ocağının Nyu-York Siti, Çikaqo, Viskonsin Medison universitetləri (ABŞ), Paris Musiqi Akademiyası, Düsseldorf İncəsənət Universiteti (Almaniya), Drezden İncəsənət Akademiyası (Almaniya), Sankt-Peterburq Dövlət Teatr Akademiyası, Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti, Belqrad İncəsənət Universiteti (Serbiya), Misir İncəsənət Akademiyası, Ş.Rustaveli adına Teatr və Kino Universiteti (Gürcüstan) və digər nüfuzlu ali məktəblərlə münasibətləri var. Bu sırada qardaş Türkiyə universitetləri ilə əlaqələrimizi xüsusi vurğulamaq istərdim. Memar Sinan, Marmara, Sakarya, Trakya, Beykənd universitetləri və başqa ali məktəblərlə münasibətlərimiz inkişaf etdirilir. Universitetimiz 2002-ci il oktyabrın 26-dan Avropa İncəsənət Universitetləri Liqasının (ELİA) tamhüquqlu üzvüdür.
Bu müqavilələr nəticəsində xarici ölkələrin ali məktəbləri ilə görüşlərdə istər rektor, istərsə də görkəmli sənət adamları respublikamızın regionda aparıcı dövlətə çevrilməsi, beynəlxalq aləmdə geniş nüfuz qazanması, əməkdaşlıqda etibarlı tərəfdaş olması, həmçinin xalqın mədəni inkişafı üçün dövlətin mədəniyyətə, incəsənətə, təhsilə göstərdiyi qayğıdan və bu qayğının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin timsalında həyata keçirilməsindən ətraflı məlumatlar vermişlər. Bu görüşlər öz səmərəli nəticəsini verərək Avropada inkişaf etmiş ali məktəblərin universitetimizlə daha yaxından maraqlanması, əməkdaşlığın genişlənməsi, tədris təcrübəsi mübadiləsinin aparılması ilə nəticələnmişdir.
2008-ci ildə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan London Beynəlxalq İncəsənət Məktəbinin rektoru Tomas Prattki və Vulverhempton Universitetinin rektoru Con Pumminin dəvəti ilə professor Timuçin Əfəndiyev bu ali məktəblərdə olmuş, Azərbaycan mədəniyyətinin inkişaf tendensiyaları mövzusunda mühazirələr oxumuşdur. Bu iki ali məktəbdə keçirilən görüşlərin nəticəsi olaraq dövlətimizə və milli mədəniyyətimizə olan maraq xeyli artmış, əlaqələrin intensivləşdirilməsi arzusu bildirilmişdir. Bu görüşlərin əks-sədası Böyük Britaniyanın digər ali məktəblərinin də universitetimizə olan marağının artmasına səbəb olmuşdur. Bu günlərdə Böyük Britaniyanın nüfuzlu Kampus Suffolk Universitetinin rektoru Mayk Saksın dəvəti ilə həmin universitetə səfər həyata keçirilmişdir.
Professor Timuçin Əfəndiyevin keçirdiyi görüşlərdə Suffolk Universitetinin rektoru ilə yanaşı, beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Pollş Bridgman, incəsənət və humanitar şöbənin müdiri Krissi Harrinqton, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin katibi Ayaz Mustafayev də iştirak etmişdir. Timuçin Əfəndiyevin Azərbaycan mədəniyyəti və incəsənətinin böyük uğurları, dövlətimizin mədəniyyətə və incəsənətə göstərdiyi geniş qayğı haqqında söhbətləri böyük maraq doğurmuşdur. Bu, Böyük Britaniyada yaşayan insanların ölkəmizə olan marağının daha da artması və respublikamızın dünya birliyində yaxşı tanınması üçün göstərilən ziyalı səyləridir.
Görüşdə iştirak etmiş xanım Krissi Harrinqton Avropada məşhur baletmeysterlərdən sayılır. Dünyanın bir çox şəhərlərində - Londonda, Parisdə nüfuzlu teatr səhnələrində çıxış etmiş və balet sənətinin mahir ifaçısı və istedadlı pedaqoq olduğunu sübut etmişdir. O, hələ ötən il paytaxtımıza səfəri zamanı universitetimizdə maraqlı ustad dərsləri keçmiş, bu il isə 4-5 oktyabr tarixində keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuşdur. Xanım Harrinqton ustad dərsləri zamanı universitetimizin xoreoqrafiya sənəti ixtisasında müəllim və tələbələrimizin sənətkarlıq səviyyəsindən razı qalmışdır. Bu səbəbdəndir ki, builki səfər zamanı professor Timuçin Əfəndiyevin xanım Krissi Harrinqtonu yenidən ustad dərsləri keçmək üçün universitetimizə dəvət etməsi onun tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdır.
Görüş zamanı qərara alınmışdır ki, universitetlər arası əməkdaşlıq proqramı çərçivəsində əlaqələr yaradılsın, işgüzar münasibətlər qurulsun, mütərəqqi iş təcrübəsi yayılsın. Bu zaman tədris təcrübəsi mübadiləsi proqramı çərçivəsində ustad dərslərinin keçirilməsi, tələbə filmlərinin və tamaşalarının göstərilməsi, rəssam tələbələrin sərgilərinin qarşılıqlı nümayişi, milli rəqs və folklor musiqi kollektivlərinin çıxışlarının təşkil edilməsi, elmi-nəzəri və praktiki konfranslarda iştirak və s. təkliflər razılıq hissi ilə qarşılanmışdır. Professor Timuçin Əfəndiyevin hər iki universitet arasında anlaşma memorandumunun Bakıda imzalanması təklifini universitetin rektoru Mayk Saks böyük minnətdarlıqla qəbul etmişdir. O, son dəfə Bakıda bu il 4-5 oktyabr tarixində Beynəlxalq Humanitar Forumda iştirak etmiş, Azərbaycan haqqında zəngin və xoş təəssürata malik olduğu üçün bir daha respublikamıza gəlməsini və anlaşma memorandumunun burada imzalanmasını bəyənmişdir. Belə görüşlər hər iki ali məktəbin tədris və yaradıcılıq mübadilələri üçün gələcəkdə öz müsbət nəticələrini verəcəkdir. Kollektivimizlə səfər təəssüratlarını bölüşərkən Timuçin müəllim Suffolk Universitetində tədris prosesi üçün maddi-texniki bazasının geniş imkanlara malik olmasını, müasir texniki təchizatla təmin olunmuş auditoriyaların, səsyazma və film studiyalarının zənginliyini, rəqs və təsviri sənət auditoriyalarının təchizatının yüksək olmasını, nəşriyyat və poliqrafiya bölmələrində müasir dəzgahların qurulmasını və s. məsələlərin universitetimiz üçün də zəruri ola biləcəyini arzu etmişdir. Bu həm də kollektivin hər bir üzvünün arzusudur. Bu universitetdə Azərbaycan təhsil sistemi üçün maraqlı olan digər bir məsələ kimi minlərlə tələbəsi olan bu təhsil ocağının məzunlarının 90 faizinin işlə təmin olunmasını nümunə çəkmək olar.
Suffolk Universitetinin yerləşdiyi İpsviç şəhəri haqqında professor Timuçin Əfəndiyevin təəssüratları böyük maraq doğurmuşdur. Burada şəhərin bir növ rəmzi hesab olunan məşhur rəsm qalereyası vardır. Təqdiredici və ibrətamiz cəhət ondan ibarətdir ki, ümumi dəyəri 3 milyard funt sterlinqdən yuxarı olan sənət eksponatlarını qalareyaya şəhər sakinləri hədiyyə etmişlər. Bu isə şəhər sakinlərinin vətənpərvərlik hisslərinin, sənətə məhəbbətinin, mədəni səviyyəsinin yüksək olmasının və öz şəhərləri ilə qürurlanmasının gözəl nümunəsidir.
Rafiq Sadıqov,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru