Noyabrın 24-də Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi və Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mədəniyyət Mərkəzində “Narkotiklə mübarizə mənəviyyatımızın xilası deməkdir!” adı altında tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri Məzahir Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fidumə Hüseynova, millət vəkilləri Aydın Mirzəzadə, Sədaqət Vəliyeva, ziyalılar iştirak ediblər.
Nizami rayon MKS-nin direktoru Ş.Qəmbərova bütün bəşəriyyət üçün təhlükə doğuran bu dəhşətli bəla ilə mübarizədə hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, qeyri-hökumət təşkilatları və KİV-in birgə mübarizə aparmasının zəruriliyini vurğulayıb.
Rəsmi hissədən sonra Bakı Uşaq Teatrının quruluşunda narkomaniyanın fəsadlarından bəhs edən “Xaşxaşın göz yaşları və ya həyatla oyun” adlı tamaşa göstərilib.