Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası müxtəlif tədbir və təqdimatlarla davam edir. Sentyabrın 24-də sərgi çərçivəsində Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimatı olub. Mərasimdə şair və yazıçılar, aşıqlar, mədəniyyət işçiləri iştirak ediblər.
   Məlumat verilib ki, 13 cildlik külliyyat “Şərq-Qərb” nəşriyyatının poeziya həvəskarlarına hədiyyəsidir. Xalq şairinin toplunun I-VII cildlərində şeirlər, VIII-XI cildlərdə müxtəlif illərdə qələmə aldığı 40 poema yer alıb. XII-XIII cildlərdə isə Zəlimxan Yaqubun ictimai-siyasi və dövlət xadimlərinə məktubları, rəsmi dövlət tədbirlərində çıxışları, müsahibələri, görkəmli ədəbiyyat və sənət adamları haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı “ön söz” və rəylər, aşıq sənəti ilə bağlı yazıları toplanıb. Tədbirdə Zəlimxan Yaqub yaradıcılığından nümunələr səsləndirilib. Bildirilib ki, Xalq şairinin Azərbaycanda və xarici ölkələrdə 50-dək kitabı nəşr olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar