III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 24-də Azərbaycan Milli Kitabxanasında tanınmış rusiyalı şairə Mariya Vatutina ilə görüş olub. Qonaq həyat və yaradıcılığı barədə məlumat verib, əsərlərinin bədii xüsusiyyətlərindən danışıb.
   M.Vatutina Moskva Hüquq İnstitutunu, Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Moskva Vəkillər Kollegiyasının üzvüdür, hüquqşünas, jurnalist, hüquq jurnalının redaktoru vəzifəsində çalışıb. Tədbirdə şairə yeni şeirlərini təqdim edib və sualları cavablandırıb. Görüşdə Rusiyanın tanınmış mədəniyyət xadimləri Valeri Voskoboynikov, Yevgeni Reyn və Nadejda Reyn iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar