Dekabrın 18-də Çexiyanın Ostrava şəhər muzeyində \"Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti\" mövzusunda sərgi açılıb. Sərgidə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyalarından nümunələr nümayiş olunur.
   
   Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin Çexiyadakı səfiri Tahir Tağızadə, Ostrava şəhərinin vitse-meri, Moravia-Sileziya regionunun vitse-qubernatoru, Ostrava şəhər muzeyinin direktoru, senator və deputatlar iştirak ediblər.
   Tədbirdə çıxış edən Sevda Məmmədəliyeva ölkəmizin Çexiya ilə mədəni əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb.
   Tədbir çərçivəsində nazir müavininin Ostrava şəhərinin vitse-qubernatoru və digər rəsmi şəxslərlə görüşləri olub. Görüşlərdə Sevda Məmmədəliyeva son illər Çexiya ilə mədəniyyətin demək olar ki, bütün sahələri - incəsənət, musiqi, teatr, muzey, kitabxana, turizm və s. sahələr üzrə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Hər iki ölkənin zəngin mədəniyyətlərinin qarşılıqlı təbliği və əsrlər boyu qorunub saxlanılmış mədəniyyət incilərinin tanıdılması istiqamətində əhəmiyyətli işlər görüldüyü qeyd edilib.
   Tədbir sonra şəhər meydanında, muzeyin ətrafında davam etdirilib.
   Səfər çərçivəsində azərbaycanlı qonaqlar Vitkoviçe kombinatı, Ostrava şəhərinin mədəniyyət mərkəzi və konsert zalı ilə də tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar