Dekabrın 20-də kitabxanaçıların ümumrespublika müşavirəsi çərçivəsində Milli Kitabxanada “Vahid avtomatlaşdırılmış kitabxana-informasiya sistemi”nin təqdimatına həsr edilmiş tədbir keçirildi.
   
   Sistem Belçikanın “ACMİS Group” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Ultra” şirkəti tərəfindən tətbiq edilib.
   İlk olaraq sistemlə abunə üsulu əyani şəkildə nümayiş etdirildi. Sistemin ilk abunəçilərindən biri isə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev oldu. Tədbir iştirakçılarına sistemin tətbiqi ilə əlaqədar geniş və izahlı informasiya verildi. Qeyd edildi ki, “Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi” layihəsi oxuculara kitab verilişi prosesində mühüm yenilikdir. Elektron kataloq, elektron kitabxana xidmətləri çoxdan formalaşıb. İndi oxucuya xidmətin avtomatlaşdırılması prosesi tətbiq edilir. Oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edir və ona elektron bilet verilir. Oxucu artıq kitabxanada tələbnamə yazmır. Elektron biletlə avtomatik qeydiyyatdan keçir, elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır və oxucu kitabın olduğu zala dəvət edilir.
   Müşavirə iştirakçıları sistemlə tanış olduqdan sonra qısa müzakirələr aparıldı. Vaqif Əliyev “Ultra” şirkətinin rəhbəri Məhəmməd Zülfüqarlıya layihə ilə bağlı tövsiyələrini bildirdi. Qeyd etdi ki, sistemin tətbiqi günün mühüm tələblərindən biridir. Bu gün kitabxanalar informasiya məkanları olmaqla bərabər, həm də istirahət mərkəzlərinə çevrilməlidirlər.
   Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, layihənin tətbiqi nəticəsində bütün ölkənin vahid informasiya-kitabxana sistemi yaradılacaq və bölgələrdə fəaliyyət göstərən bütün kitabxanalar bu sistemə qoşularaq oxuculara daha səmərəli xidmət göstərəcəklər. Vahid mərkəzləşdirilmiş kitabxana portalında hər bir kitabxananın öz saytı yaradılacaq. Layihə yanvar ayından tətbiq olunacaq və gələcəkdə daha da genişləndiriləcək.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar