Oktyabr-noyabr aylarında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçiriləcək.
   İdarədən bildiriblər ki, müsabiqə Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin oxucuları arasında təşkil olunacaq. Müsabiqənin məqsədi oxucular arasında mütaliənin təbliği və onların bilik dairəsinin genişləndirilməsi, həmçinin istedadlı uşaqların aşkarlanmasıdır.