Goranboy rayonunda Xocalıdan olan xalçaçılarla görüş keçirilib
   
   Dekabrın 17-18-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin və “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Qarabağ xalça ənənələrinin qorunub saxlanılması” adlı tədbir keçirilib.
   Tədbirdə məlumat verilib ki, muzeyin xalçaçı-rəssamları Qarabağ xanımlarının sevə-sevə toxuduqları qədim xalçaları qorumaq, yaşatmaq məqsədilə onların naxışlarını çeşnilərə köçürüblər. “Azərbaycan Xalçaçıları” İctimai Birliyi isə həmin çeşnilərin surətlərini hazırlayıb.
   Qeyd edək ki, qəsəbədə məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər üçün xalça sexi yaradılıb. Tədbir çərçivəsində “Azərbaycan Xalçaçıları” İctimai Birliyi tərəfindən surətləri hazırlanmış “Çələbi”, “Bəhmənli” və “Malıbəyli” xalçalarının çeşniləri Xocalı xalçaçılarına təqdim olunub.
   Daha sonra xalçaçılarla görüş keçirilib, xalçaçılığın bu günü, sabahı, problemlər, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin fəaliyyəti, Xalça Muzeyinin uşaqlarla bağlı layihələri, beynəlxalq əlaqələri və s. haqda mühazirələr oxunub, dinləyicilərə muzey tərəfindən hazırlanmış kataloq və bukletlər paylanıb.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar