Azərbaycanın Rusiyadakı səfirliyində Qanlı Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş mərasim keçirilib.
   
   Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barelyefinin və 20 Yanvar qırğınının günahsız qurbanlarının siyahısı yazılmış stendin önünə tər çiçəklər düzüblər, faciəni əks etdirən fotostendlə tanış olublar.
   Xarici ölkə diplomatlarının, Rusiya ictimaiyyəti nümayəndələrinin də qatıldığı mərasimdə çıxış edən səfir Polad Bülbüloğlu vurğulayıb ki, 23 il əvvəl baş vermiş faciə Azərbaycanın yeni tarixində dönüş nöqtəsi olub. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu faciəyə siyasi qiymət verilməsində mühüm rolunu diqqətə çatdırıb: “Ulu öndər qanlı olayın ertəsi günü, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya elan etdi ki, bu hadisə Azərbaycan xalqına qarşı yönəlmiş repressiyadır”.
   Diplomat xüsusi qeyd edib ki, sovet hakimiyyəti Azərbaycanın timsalında keçmiş ittifaqın bütün xalqlarına ibrət dərsi vermək istəyirdi. Lakin Azərbaycan xalqı öz müstəqillik yolundan dönmədi.
   Sonra Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib. Mərasim Rusiyanın kütləvi informasiya vasitələri, o cümlədən “Rossiya 24” və “Mir” telekanalları tərəfindən işıqlandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar