Azərbaycan Diplomatik Akademiyasında 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə bu hadisənin dünya mediası tərəfindən işıqlandırılmasından söhbət açılıb və Qara Yanvar hadisələrinin ildönümü ilə bağlı CNN kanalının hazırladığı film nümayiş etdirilib.
   Mərasimdə Böyük Britaniyada yaşayan həmyerlimiz, mədəni diplomatiya üzrə elmlər doktoru, skripkaçı Sabina Rakçeyeva “Bayatı-Şiraz” və milli musiqimizin digər parçalarını ifa edib.