Yanvarın 18-19-da Makedoniyanın Ohrid şəhərində I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı keçirilib. Konfransda 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Böyük Britaniya, Bolqarıstan, Ukrayna, Yunanıstan və digər ölkələrdən 60-dək məruzəçi iştirak edib.
   
   Ölkəmiz konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu və “Miras” İctimai Birliyinin 9 nəfərlik heyəti ilə təmsil olunub.
   Xarici ölkə təmsilçiləri adından Avropa Audiovizual Kommunikasiyalar Assosiasiyasının sədri, professor Dimitar Dimitrov və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Miras” İctimai Birliyinin İdarə Heyətinin üzvü professor Qafar Cəbiyev çıxış edib. O, Azərbaycanda 2013-cü ilin “İnformasiya texnologiyaları ili” elan olunduğunu, bu sahədə daha iri layihələrin həyata keçiriləcəyini vurğulayıb.
   Bölmə iclaslarında “Miras” İctimai Birliyi İdarə Heyətinin üzvü Qədrəddin Nemətzadə çıxış edib, arxeoloji turizmə dair “Azərbaycan abidələr diyarıdır” filminin ingilisdilli versiyası nümayiş etdirilib.
   
   * * *
   Konfrans ərəfəsində Makedoniyanın paytaxtı Skopye şəhərində Gənclərin Mədəniyyət Mərkəzində “Miras” İctimai Birliyi və Arxeologiya Assosiasiyasının tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği mövzusunda birgə seminarı keçirilib.
   Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Q.Cəbiyev Azərbaycanda tarixi-mədəni irsə göstərilən dövlət qayğısı, bu sahədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, eləcə də Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında tarixi-mədəni irsin dağıdılması barədə məlumat verib.
   Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxışında rəhbərlik etdiyi qurum tərəfindən Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, konservasiya işləri, Azərbaycanda arxeoloji turizmin inkişafı baxımından qazanılan uğurlardan söz açıb.
   Arxeologiya Assosiasiyasının prezidenti Radomir İvanoviç rəhbərlik etdiyi qurum haqqında, o cümlədən arxeoloji faktların aşkara çıxarılması, qeydiyyata alınması və qorunması sahəsindəki iş təcrübəsi barədə danışıb.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar