Fevralın 6-da Belarus paytaxtındakı “BelEkspo” Milli Sərgi Mərkəzində XX Minsk Beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Yarmarkada 24 ölkə, o cümlədən Azərbaycan, Almaniya, İtaliya, Çin, Polşa, ABŞ, Türkiyə, Fransa, MDB üzvü olan bəzi başqa dövlətlər təmsil olunur. Tədbir çərçivəsində eyni zamanda Belarusda “Kitab ili” elan edilmiş 2012-ci ilə yekun vurulacaq.
   
   Minsk Beynəlxalq kitab sərgi-yarmarkasının təntənəli açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları iştirak ediblər. Sərgi-yarmarkanın Azərbaycana aid stendində nadir miniatür nəşrlər təmsil olunub. 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nitqinin daxil edildiyi “Heydər Əliyev. Neft strategiyası” kitabı da bu ekspozisiyada nümayiş etdirilir.
   Sərgiyə gələnlər Zərifə Salahovanın rəhbərlik etdiyi Bakı Miniatür Kitab Muzeyinin nəşrləri - akademik Zərifə Əliyeva, akademik Ziya Bünyadov, kinorejissor Hüseyn Seyidzadə, Azərbaycanın digər görkəmli adamlarına həsr edilmiş nəfis kitablarla da tanış olurlar. Ekspozisiyada Belarus ədəbiyyatının klassiki Yanka Kupalanın 1908-ci ildə çapdan çıxmış “Yanka Kupalanın tütəyi” adlı ilk şeirlər məcmuəsinin reprint nəşri də təqdim olunur.
   XX Minsk Beynəlxalq kitab sərgi-yarmarkası fevralın 10-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar