Fevralın 20-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında respublikada ilk Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) təqdimat mərasimi keçiriləcək.
   «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın Tədbirlər Planına uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir.
   Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha effektiv həyata keçirilməsində Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET) xüsusi xidmətləri var. AZLİBNET - Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılıb. AZLİBNET Mərkəzinin hazırda həyata keçirdiyi ən vacib iş kitabxanaların Milli Toplu Elektron Kataloq sistemini yaratmaqdır.
   Toplu kataloqdan AZLİBNET Mərkəzinin www.azlibnet.az və ya C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının www.ryl.az ünvanlı veb saytları vasitəsilə istifadə etmək olar.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar