Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş platin qələm mükafatı təqdim olunub
Fevralın 16-da “Four Seasons Baku” hotelində Milli Qəhrəman Çingiz Mustafayev Fondu, ANS şirkətlər qrupuna daxil olan VMF şirkəti və İsveçrənin məşhur “Caran d"Ache” şirkəti ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “...Azərbaycanlıyam!” məhdud saylı platin qələm mükafatının təqdimatını keçiriblər.
Mükafat Azərbaycana layiqincə xidmət göstərən siyasi və dövlət xadimləri, tanınmış elm, mədəniyyət, incəsənət adamları üçün nəzərdə tutulub.
Tədbirdə çıxış edən ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, məhdud saylı platin qələm seriyası ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə hörmət əlaməti olaraq hazırlanıb. Ümummilli liderin heykəltəraşlıq təsvirinə bənzəyən portreti və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” məşhur ifadəsi qələmin üzərinə yüksək sənətkarlıq və zövqlə həkk olunub.
Qeyd olunub ki, incəsənət adamları, dövlət və ictimai xadimlər, kolleksiyaçılar, tarixlə maraqlanan insanlar üçün nəzərdə tutulan bu seriya yüksək beynəlxalq standartlara cavab verən mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm nadir sənətkarlıq nümunəsidir.
Tədbirdə İsveçrənin “Caran d"Ache” şirkətinin baş direktoru Silvio Laurenti rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Daha sonra mükafat Azərbaycanın görkəmli şəxsiyyətlərinə təqdim olunub.