“Gələcəyə baxış\" İnkişaf Konsepsiyasında mədəni irslə bağlı vəzifələr müzakirə olunacaq
Fevralın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə \"Four Seasons Baku\" hotelində \"Azərbaycan 2020: mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi\" mövzusunda konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş \"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasının mədəni irslə bağlı müddəaları, bu proqram xarakterli sənəddən irəli gələn vəzifələr müzakirə olunacaq.
Qeyd edək ki, \"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi göstərilməklə, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. İnkişaf Konsepsiyasında müəyyən edilən vəzifələrin həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq əlaqələrinin qurulmasını tələb edir. \"Azərbaycan 2020: mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi\" mövzusunda konfransda qarşıdakı dövr üçün daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, istifadəsi və təbliği sahəsində mövcud problemlər və perspektivlər nəzərdən keçiriləcək.
İki hissədən ibarət olacaq tədbirin ilk hissəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlının çıxışları nəzərdə tutulub.
Tədbirin ikinci hissəsində \"Azərbaycan 2020: gələcəyə baxış\" İnkişaf Konsepsiyasının “Mədəni irsin qorunması və səmərəli istifadəsi” bölməsi ilə bağlı məruzələr təqdim olunacaq.
\"Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, qoruqların fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr\" mövzusunda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, \"Azərbaycanın maddi-mədəni abidələrinin dünyaya tanıdılması və UNESCO-nun Ümumdünya İrs Siyahısının bu istiqamətdə rolu\" mövzusunda UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın məruzələri dinləniləcək. Bu bölmədə həmçinin Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın \"Mədəni irsin təbliği kontekstində Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və bərpasının əhəmiyyəti\", Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın \"Arxeoloji irsin qorunması, bərpası və səmərəli idarə edilməsi\", Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyevin \"Azərbaycan peşəkar bərpaçılıq məktəbinin fəaliyyətinin canlandırılması və gələcək inkişafı\" mövzusunda çıxışları planlaşdırılır.
Tədbirin sonunda konfransın qətnaməsi qəbul olunacaq.