![](/img/news/700x420/10287.jpg)
Mərasim ölkəmizin tarixini və mədəni dəyərlərini əks etdirən sərginin açılışı ilə başlayıb. Şəhər merinin müavini Marianna Şelkova Azərbaycanın yalnız təbii sərvətləri ilə deyil, eyni zamanda zəngin tarixi və mədəni irsi ilə də Qafqazın mirvarisi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, müstəqilliyini əldə edəndən sonra çətin bir dövr yaşamasına baxmayaraq, Azərbaycan iqtisadiyyatda sürətli inkişaf yoluna çıxaraq Şərqlə Qərb arasında körpü rolunu oynayan, qədim “İpək yolu” üzərində mühüm strateji əhəmiyyət daşıyan ölkəyə çevrilib. Mədəniyyəti yaşayış incəsənəti kimi dəyərləndirən M.Şelkova xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz rol oynadığını qeyd edib.
![](http://medeniyyet.az/img/mid/10288.jpg)
Alzas regional şurası prezidentinin birinci müavini senator Andre Reşard çıxışında bir qrup senator həmkarları ilə Azərbaycana səfərindən aldığı yüksək təəssüratı xatırladıb, zəngin mədəni irsə malik ölkəmizdə geniş turizm imkanları olduğunu vurğulayıb. Senator Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb, xalqlar arasında mədəni münasibətlərin bu yöndə mühüm rol oynayacağını qeyd edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Fevralın 24-dək davam edəcək sərgidə xalqımızın tarixi, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunur.
![](/img/news/350x300/10289.jpg)
Səfir Elçin Əmirbəyov konsertin kolmarlıların ölkəmizin zəngin musiqi dünyasına səyahət etməsinə imkan verəcəyinə əminliyini bildirib. Caz musiqisinin Azərbaycanın zəngin mədəni ənənələrindən xəbər verdiyini xatırladan səfir caz-muğamın tanınmış azərbaycanlı cazmenler Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə bağlı olduğunu, bu gün gənc azərbaycanlı cazmenlərin beynəlxalq festivallarda müvəffəqiyyətlə çıxış etdiyini vurğulayıb.
Proqramda gənc incəsənət ustalarının ifasında xalq mahnıları ilə bərabər, Avropa caz ustalarının əsərləri də təqdim edilib. Konsert fransalı tamaşaçılarda böyük maraq doğurub.