![](/img/news/700x420/10302.jpg)
Mərasimdə çıxış edənlər Xocalı qətliamından söz açdılar, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı tarixinin böyüməkdə olan gənc nəslə çatdırılması, tarixi həqiqətlərin təbliği məqsədilə belə tədbirlərin əhəmiyyətini vurğuladılar.
Sonra Xocalıya həsr olunmuş şeirlər səsləndirildi, Bakı şəhər 7 saylı orta məktəb və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri musiqili kompozisiyalarla çıxış etdilər. Tədbirin sonunda rejissor Vahid Mustafayevin “Xoca” filmi nümayiş olundu.
Reyhan