Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə tədbirdə çıxış edərək Azərbaycan xalqının Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı kədərli anlarını yaşadığını diqqətə çatdırıb.
   
   Bildirib ki, həyatımız təkcə bayram və xoş hadisələrdən ibarət deyil. Xocalı soyqırımı hər birimizin unutmadığı dəhşətli faciələrdən biridir. Xocalı bizim tariximizin unudulmayan qanlı səhifəsidir.
   Qeyd edilib ki, Azərbaycan bəstəkarları da xalqımızın şad və kədərli günlərinə hər zaman sadiq qalaraq öz əsərlərində bu anları yaşatmağa çalışıblar: “Onlar Xocalı mövzusunda müxtəlif janrlarda əsərlər yaratmışlar. Bunlardan Məmməd Quliyevin “Simfoniya-Rekviyem”, Azər Rzayevin “Bakı-90” əsərlərini xüsusi qeyd etmək istərdim”.
   F.Əlizadə Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən düzgün hüquqi-siyasi qiymət veriləcəyinə və ədalətin bərqərar olacağına əminliyini bildirib.
   Mərasimdə ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın “Azərbaycan musiqisində Xocalı səhifələri” mövzusunda məruzəsi dinlənilib. F.Şopenin “Matəm marşı”nın, Məmməd Quliyevin “Simfoniya-Rekviyem”inin videoyazısı, beynəlxalq müsabiqə laureatı Ümidə Abbasovanın ifasında (violin) C.Villiamsın “Şindlerin siyahısı” filmindən musiqilər səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar