Oktyabrın 10-da İsveç Kral Akademiyası 2013-cü ilin ədəbiyyat üzrə Nobel mükafatçısının adını elan edib. Bu il mükafatı kanadalı yazıçı Elis Manro (Alice Ann Munro) qazanıb. O, Nobel mükafatına qısa hekayə janrında ustalığına görə layiq görülüb.
Elis Manro 1931-ci ildə anadan olub. İlk kitabı 1950-ci ildə nəşr olunub. “Qızların və qadınların həyatı”, “Mənim gənc dostum”, “Qaçaq” və s. kitabların müəllifidir. Müəllifin 2012-ci ildə nəşr olunan sonuncu kitabı “Əziz həyat” adlanır. Yazıçı nüfuzlu beynəlxalq Buker mükafatının laureatıdır.
Elis Manro Nobel mükafatına layiq görülmüş sayca 13-cü qadın yazıçıdır. Mükafatın təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.