Martın 13-də Bakı Biznes Mərkəzində "Azərbaycan" qəzetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev 90: iqtisadi modernləşmə" mövzusunda konfrans keçirilib. Tədbirdə ümummilli liderin respublikamızın ən yeni tarixində əvəzolunmaz rolundan, ölkə həyatının bütün sahələrini əhatə edən müstəsna xidmətlərindən, həyata keçirilən uğurlu islahatların nəticələrindən danışılıb.
   Respublikamızda turizm sektorunun inkişaf etdirilməsində böyük öndərin fəaliyyətini xüsusi qeyd edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ötən illər ərzində görülən işlərin bu sahənin dirçəldilməsinə əlverişli zəmin yaratdığını bildirib. Nazir müavini qeyd edib ki, son illərdə turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahədə müsbət dinamika və inkişaf müşahidə olunmaqdadır. Ötən beş il ərzində Azərbaycana səfər edən turistlərin sayının və daxili turizmdən istifadə edən ölkə vətəndaşlarının sayının bir neçə dəfə artması turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir.
   Ümummilli liderin məqsədyönlü və dinamik inkişaf siyasətinin nəticəsi kimi regionlarda bütün sahələr üzrə inkişafın təmin edilməsi turizmə də öz müsbət təsirini göstərib. Regionların inkişafı nəticəsində məşğulluğun artması, orta və kiçik sahibkarlığın inkişafı, həmçinin turizmin inkişafına göstərilən dövlət dəstəyi hesabına turizm sahəsində də yeni iş yerləri yaranıb.
   Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsini bu sektorun inkişafına yeni təkan kimi qiymətləndirən Nazim Səmədov bildirib ki, 2001-ci ildə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 69, 2006-cı ildə 288 idisə, ötən il bu göstərici 500-ü keçib, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 32 min təşkil edib. Bu mehmanxanalarda 6 mindən çox işçi fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar