Martın 16-da Cəfər Cabbarlının ev-muzeyində böyük yazıçı-dramaturq, şair, teatr və kino xadiminin anadan olmasının 114 illiyinə və Novruz bayramına həsr olunmuş “Bahar oğlu” adlı tədbir keçirilib. Milli mədəniyyətimizin və incəsənətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük ədib 1899-cu il martın 20-də Bakının Xızı kəndində dünyaya gəlib.
   Elm və mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdiyi tədbiri muzeyin direktoru Qəmər Seyfəddinqızı açaraq qonaqları salamlayıb, onları Novruz bayramı münasibətilə təbrik edib.
   Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy “Cəfər Cabbarlı yaradıcılığında “Novruz”, Bakı Slavyan Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə “Şagirdlərin mənəvi dünyasının kamilləşməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində Cabbarlı ədəbi irsinin rolu” mövzularında çıxış ediblər. Nizami rayonu Uşaq və Gənclər Mədəniyyət Mərkəzinin dram dərnəyi üzvlərinin ifasında Cəfər Cabbarlının “Solğun çiçəklər”, S.Dağlının “Bahar oğlu” əsərləri əsasında hazırlanmış ədəbi kompozisiya təqdim olunub.
   Sonda böyük ədibin qızı, “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin sədri Gülara Cabbarlı çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar