İstanbulun Topkapı meydanında keçirilən Novruz şənliyində Azərbaycanın İstanbuldakı baş konsulluğu Azərbaycan guşəsi təşkil edib. İstanbul valisi Hüseyn Avni Mutlu və ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov Azərbaycan guşəsi ilə tanış olublar. Burada milli mətbəximizin ləziz nümunələri, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafından bəhs edən stend nümayiş etdirilib. Baş konsulluğun əməkdaşları bayram şənliyi iştirakçılarına Azərbaycan şirniyyatları təqdim ediblər. İstanbul valisi Azərbaycan guşəsində qoyulmuş xatirə kitabına ürək sözlərini yazıb.
Sonra şənlik iştirakçıları bayram tonqalının üzərindən atlayıb, türk dünyasının birliyinin simvolu olan dəmir döymə mərasimində iştirak ediblər.
Sonra şənlik iştirakçıları bayram tonqalının üzərindən atlayıb, türk dünyasının birliyinin simvolu olan dəmir döymə mərasimində iştirak ediblər.