Kiyevdəki “Ukrayna evi”ndə Beynəlxalq Novruz Günü münasibətilə təntənəli bayram şənliyi keçirilib. “Həyat və yenilənmə bayramı” adlı tədbir Azərbaycan, Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirlikləri tərəfindən təşkil edilib.
   İştirakçılar əvvəlcə tədbiri təşkil edən ölkələrin pavilyonları ilə tanış olublar. Xalça, xalq tətbiqi sənəti, milli geyim və musiqi alətlərinin nümunələri, müxtəlif nəşrlərin yer aldığı Azərbaycan guşəsi böyük marağa səbəb olub.
   Novruzun rəmzi - səməni ilə bəzədilmiş salonda keçirilən rəsmi mərasimdə Ukrayna XİN başçısı, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojar, Ukraynanın birinci prezidenti Leonid Kravçuk, mədəniyyət və turizm naziri Leonid Novoxatko, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Aleksandr Popov, təşkilatçı ölkələrin diplomatik nümayəndəliklərinin başçıları, o cümlədən Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətli çıxış edərək təbriklərini çatdırıblar.
   Sonra konsert proqramı təqdim olunub. Konsertdə Ukraynanın Xalq artisti Qurban Abbasov “Mənim Azərbaycanım” mahnısını və “Çobanı” milli rəqsini ifa edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar