Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan və Əfqanıstanın Misirdəki səfirlikləri Qahirədə Novruz festivalı təşkil ediblər. Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev tədbirdə çıxış edərək xalqımızın qədim Novruz ənənələrindən danışıb, BMT Baş Məclisində 2010-cu ildə qəbul olunmuş “Beynəlxalq Novruz Günü” qətnaməsi haqqında məlumat verib.
Türkiyənin, Qazaxıstanın, Tacikistanın və Əfqanıstanın Misirdəki səfirlərinin də çıxış etdikləri festival çərçivəsində hər bir ölkənin milli mədəniyyətini və Novruz adət-ənənələrini əks etdirən xüsusi guşələr nümayiş olunub. Azərbaycan guşəsinin zənginliyi, milli mətbəximizin ləziz təamları və Novruz şirniyyatlarımız, milli rəqs nümunələrimiz iştirakçılarda xüsusi maraq və xoş ovqat yaradıb.