Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilən silsilə tədbirlərə start verilib.
   
    Aprelin 4-də R.Behbudov adına Mahnı Teatrında paytaxtın Yasamal rayonunun mədəniyyət müəssisələri tərəfindən ilk mərasim keçirildi. İştirakçılar əvvəlcə Fəxri xiyabanda ümummilli liderin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər.
   Mahnı Teatrında təqdim olunan konsert proqramından öncə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev yubileylə bağlı hazırlanan tədbirlərdən danışdı. Bildirildi ki, aprelin 5-də Dövlət Filarmoniyasında Səbail rayonunun tədbiri baş tutacaq. Ümumilikdə paytaxtın bütün rayonlarının yubileylə bağlı tədbirləri olacaq. Bundan əlavə, sərgi və konfransların da keçirilməsi nəzərdə tutulub. Digər böyük tədbir Rusiyanın Çelyabinsk vilayəti ilə birgə təşkil olunacaq. Çelyabinsk sənətçiləri ilə Azərbaycanın incəsənət ustaları birgə çıxış edəcəklər. Ulu öndərin 90 illiyi ilə əlaqədar Çelyabinskdə keçirilən festivalın qalibləri Bakıya gələcəklər. Çalışırıq ki, yubiley tədbirləri ulu öndərin adına layiq, böyük bir təntənə ilə qeyd olunsun”.
   Konsert proqramında xalq artistləri Mənsum İbrahimov, Ağadadaş Ağayev, Əməkdar artist Lalə Məmmədova, Opera və Balet Teatrının solisti Arzu Əliyeva, Abbas Mirzə Şərifzadə adına mədəniyyət mərkəzinin, Vaqif Mustafazadə adına 2, Əhməd Bakıxanov adına 6, Kövkəb Səfərəliyeva adına 16 və Niyazi adına 22 nömrəli musiqi məktəblərinin şagirdləri çıxış etdilər. İ.Əbilov adına “Vurğun” teatrı kollektivinin ifasında Xalq şairi Zəlimxan Yaqubun “Azadlıq heykəli”, “Qalibiyyət qatarı” əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olundu.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar