Azərbaycanın Özbəkistandakı səfirliyi Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) ulu öndərin anadan olmasının 90 illiyi münasibətilə mərasim keçirib. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri iştirak ediblər.
   
   Əvvəlcə böyük rəhbərin AMM-in qarşısındakı abidəsi önünə əklil və təzə-tər çiçəklər qoyulub. İştirakçılar foyedə Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif dillərdə çap olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.
   Tədbiri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev açaraq Heydər Əliyevin siyasi fəaliyyətindən danışıb. Qeyd olunub ki, o, keçmiş SSRİ dövründə və müstəqil Azərbaycanın rəhbəri olarkən Özbəkistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Ulu öndər 1996-cı ildə Özbəkistanda səfərdə olarkən Daşkənddə Teymurilər Tarixi Dövlət Muzeyinə gedib və xatirə kitabına ürək sözlərini yazıb. Muzeyin direktoru Nazim Xabibullayev ulu öndərin xatirə kitabına yazdığı mətnin çərçivəyə salınmış fotosurətini səfirə təqdim edib.
   Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Heydər Əliyev və insan hüquqları” mövzusunda məruzə ilə çıxış edib. Deputat vurğulayıb ki, insanlar arasında dostluq liderlər arasında dostluqdan başlanır. Dövlətlərimizin liderlərinin başladığı dostluq əlaqələri bu gün Azərbaycan və Özbəkistanın prezidentləri İlham Əliyev və İslam Kərimov tərəfindən uğurla davam etdirilir. Milli Məclisin deputatı Qənirə Paşayeva “Heydər Əliyev, Azərbaycanın xarici siyasəti və diaspor” mövzusunda məruzəsində ulu öndərin xaricdə yaşayan soydaşlarımızı və türkdilli dövlətlərlə əlaqələri daim diqqətdə saxladığını vurğulayıb. O, soydaşlarımızla görüşlərində həmişə deyərdi ki, yaşadığınız ölkənin dilini yaxşı bilməlisiniz, bununla bərabər Azərbaycan dilini də unutmamalısınız.
   Milli Məclisin deputatı Aydın Abbasov Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin tarixindən və bu günündən danışıb.
   AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Heydər Əliyev, elm və dövlətçilik”, institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə “Heydər Əliyev, vətəndaş cəmiyyəti və gender siyasəti”, professor Habil Qurbanov “Heydər Əliyev və qanunvericilik”, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov “Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ölkə rəhbərlərinin rolu”, səfirliyin hərbi attaşesi Elbrus Orucov “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzularında məruzələr ediblər.
   Daşkənddə yaşayan tanınmış soydaşımız, Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov dahi rəhbərin mədəniyyət xadimlərinə diqqət və qayğısından, onlarla dostluq münasibətlərindən söz açıb.
   Mərasim böyük konsert proqramı ilə başa çatıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar