Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XVII əsr Azərbaycan şairi, Təbriz şəhərinin şeyxülislamı olmuş Mirzə Saleh Təbrizinin divanının surətini əldə edib. İnstitutdan bildiriblər ki, Tehranın Məclis Kitabxanasında saxlanan, 102 səhifədən ibarət farsca divanın 65-79-cu səhifələrində şairin Azərbaycan türkcəsində 36 şeiri - qəzəl, qitə, nəzm və təkbeytləri cəmi 149 beyt həcmində toplanıb.
Mirzə Salehin yeni aşkarlanmış bu divanı onun XVII əsr ədəbiyyat tariximizdəki mövqeyini müəyyənləşdirməyə yardım edəcək.