Səbail rayon mədəniyyət müəssisələrinin iştirakı ilə böyük öndərin yubileyinə həsr olunmuş tədbir keçirilib
   
   Aprelin 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı və Səbail rayon mədəniyyət müəssisələrinin iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında “Böyük şəxsiyyət, əbədi lider” adlı tədbir keçirilib.
   
   Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanı ziyarət edərək ulu öndərin məzarı önünə əklil qoyublar. Sonra iştirakçılar Filarmoniyanın foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi və fotostendlə tanış olublar.
   Yubiley mərasimində öncə Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra”nın sədaları altında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda videoçarx nümayiş olunub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Ə.Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini F.Hüseynova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini E.Ağayev, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Z.Qaralov, Səbail rayon orta ümumtəhsil məktəblərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   Gecədə xalq artistləri Ramiz Quliyev, Samir Cəfərov, Əməkdar artist Teyyub Aslanov, Opera və Balet Teatrının solisti Afaq Abbasova, Əməkdar artist Əli Nur, Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı, T.Quliyev adına 12, C.Hacıyev adına 3, R.Behbudov adına 2 saylı uşaq musiqi məktəblərinin, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının kollektivləri, Badamdar qəsəbə Mədəniyyət evi xalq teatrının üzvləri çıxış etdilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar