İslamda xəlvətilik sufi məktəbinin qurucularından sayılan Seyid Yəhya Şirvani Bakuvinin vəfatından 550 il keçir. 
   Bununla bağlı UNESCO 2013-cü ili “Seyid Yəhya ili” elan edib. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu il çərçivəsində silsilə tədbirlər planlaşdırıb. Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Seyid Yəhya Şirvani Bakuviyə həsr olunmuş seminar da bu qəbildən idi.
   Tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev açaraq “Miras” İctimai Birliyinin mədəni irsin öyrənilməsi və təbliği sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tədbir iştirakçılarına Seyid Yəhya Şirvani haqqında məlumat verib. Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Seyid Yəhya irsinin tədqiqatçısı, dosent Mehmet Rıhtım “Seyid Yəhya Şirvani Bakuvi. Könül dünyamızı aydınladanlar” mövzusunda məruzə ilə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar