Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təşkilatın nümayəndə heyətini qəbul edib
   
   Bu il dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası keçiriləcək. 
   İclasın təşkilati məsələlərini müzakirə etmək məqsədilə UNESCO katibliyinin nümayəndə heyəti Bakıda səfərdədir.
   Aprelin 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətini qəbul edib. Görüşdə UNESCO və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və qeyri-maddi mədəni irs sahəsində həyata keçirilən birgə layihələr müsbət qiymətləndirilib.
   Söhbət zamanı həmçinin nazirliyin işçi qrupunun iştirakı və Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək UNESCO-nun Hökumətlərarası Komitəsinin 8-ci iclasının müvafiq prosedur qaydaları müzakirə olunub. Sonra qonaqlar iclasın keçiriləcəyi yerə, o cümlədən tədbir zamanı ölkəyə gələcək nümayəndə heyətlərinin yerləşdiriləcəyi mehmanxanalara baxış keçiriblər.