Virtual aləmdə yaranan məhəbbət haqqında dastan

İranda “Arzuların yeni gülşən bağı” dastanı ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində çapdan çıxıb. Kitab müasir məhəbbət dastanı olmaqla bərabər, digər dastanlardan iki müəllif tərəfindən qələmə alınması ilə seçilir. Dastan İran ədəbi mühitində geniş tanınan Süsən Nəvade Rəzi və Əkbər Həmidi Əlyar tərəfindən yazılıb. Əsərin qəhrəmanları Pəri və Elyar internetdə tanış olsalar da, real həyatda bir-birlərini görmürlər. Lakin qarşılıqlı yazışma onların arasında ülvi bir məhəbbət yaradır. Virtual dostlar qarşılıqlı ehtiramlarını, tükənməz sevgi və məhəbbətlərini, arzu və istəklərini aşiqanə şəkildə poetik dildə tərənnüm edirlər.