Aprelin 15-16-da Moskvada Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin yubiley konfransı keçirilib. Avropa Şurasının təşəbbüsü və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

   Konfransın Böyük Teatrda keçirilən açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin konfransın iştirakçılarına və qonaqlarına təbriki oxunub. Avropa Şurası baş katibinin müavini Q.Battayni-Draqoni, Rusiyanın mədəniyyət naziri V.Medinski, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi M.Şvıdkoy, Avropa Şurasının Nazirlər Kabineti adından Andorranın mədəniyyət naziri A.Esteve Qarsiya təbrik nitqi ilə çıxış ediblər.
   Konfransda mədəniyyətlərarası qarşılıqlı fəaliyyət, dünyanın sosial və iqtisadi dəyişiklikləri fonunda mədəniyyətin inkişafı, habelə mədəniyyətin idarə olunması sahəsində müasir cəmiyyətin innovasiya yanaşmaları müzakirə mövzusu olub.
   Konfransın birinci günü, plenar iclasdan və müzakirələrdən sonra “Hökumətlərin rolu: yeni vəzifələr və imkanlar” və “İnnovasiya siyasətindən istifadə olunmasının ən yaxşı nümunələri” mövzularında sessiyalar keçirilib.
   "Hökumətlərin rolu: yeni vəzifələr və imkanlar" mövzusunda keçirilən sessiyada nazir Əbülfəs Qarayev Azərbaycanın innovasiya texnologiyalarının tətbiqi sahəsində təcrübəsi haqqında məruzə ilə çıxış edib.
   Konfransın mövzularından olan mədəniyyətin müasirləşdirilməsi, müasir informasiya texnologiyalarından geniş istifadə məsələləri Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub. Konfransda eyni zamanda bu il mayın 29-da Bakıda işə başlayacaq II Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında iştirakçılara məlumat verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar