Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun “Qasım bəy Zakir və müasirləri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Əlyazma mənbələri əsasında yazılan, yeni faktlarla zəngin olan nəşrdə şairin həyat və yaradıcılığı, Cəfərqulu xan Nəva, Mirzə Fətəli Axundzadə və digər müasirləri ilə münasibətləri, yetişdiyi və yaşadığı ədəbi mühit haqqında fikirlər yer alıb, indiyədək çap olunmamış bir sıra şeirləri oxuculara təqdim edilib.