Milli Kitabxanada “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” adlı sərgi açılıb
   
   Aprelin 18-də Azərbaycan Milli Kitabxanasında ulu öndərin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti” mövzusunda sərgi açıldı. Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Milli Kitabxana tərəfindən təşkil edilən tədbirdə tanınmış alim və mütəxəssislər, elm, mədəniyyət xadimləri iştirak edirdi.
   
   Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq ümummilli liderin təhsilə, kitaba, mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışdı, sərgidə nümayiş olunan kitabların bunun bariz nümunəsi olduğunu vurğuladı.
   Təhsil naziri Misir Mərdanov çıxışında Azərbaycanda, bütün sahələrdə olduğu kimi, kitabxanaçılıq və kitab sahəsində də inkişaf olduğunu diqqətə çatdırdı, bu inkişafın təməlinin dahi rəhbər tərəfindən qoyulduğunu vurğuladı: “Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-ci illərdə ilk dəfə olaraq dərsliklərin məktəblilərə pulsuz paylanması qərara alındı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu kursu davam etdirdi, dərsliklərin məktəblilərə pulsuz paylanması haqqında qərar imzaladı. Təhsil Nazirliyi olaraq biz də hər zaman bu siyasəti dəstəkləmişik. Orta və ali məktəblərdə tələbə və şagirdlərin kitablarla təmin olunması üçün hər il kitabxanalara müxtəlif adda kitablar təqdim olunur. Bu isə Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycan təhsilinə, onun səviyyəsinin yüksəlməsinə, yeni, müasir dərsliklərin nəşrinə olan diqqət və qayğısının nəticəsi idi. Sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, eyni zamanda Milli Kitabxananın rəhbərliyinə təşəkkürümü bildirirəm”.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Heydər Əliyev haqqında danışarkən ilk növbədə onun qurduğu Azərbaycan dövləti və uğurlu siyasətindən söz açmalıyıq: “Onun əsas ideyalarından biri də Azərbaycanın təhsil sisteminin inkişafına, xalqın maarifləndirilməsinə yönəlmişdi. Azərbaycan xalqı tarix boyu böyük faciələr yaşayıb və mənim fikrimcə, bu faciələrdən biri də XX əsrin 20-30-cu illərində xalqın əlifbasının bir neçə dəfə dəyişdirilməsi idi. Öz keçmişini, mədəniyyətini, tarixini bilməyən böyük təhlükələrlə rastlaşa bilər. Belə hal milləti geridə qoyur, onun bir xalq kimi formalaşmasına əngəl törədir. Vaxtilə Heydər Əliyevin təhsilə və kitaba qayğısı olmasaydı, bu gün müstəqillik dövrünün gənclərinin təhsili indiki səviyyədə olmazdı. Hazırda həmin siyasətin nəticəsi olaraq təkcə dərsliklər deyil, dünya ədəbiyyatı nümunələri də məktəblərə pulsuz paylanır.
   Cəmiyyət inkişaf edir, yeni texnologiyalar təqdim olunur. Bu gün Milli Kitabxanada bizə təqdim olunan elektron kitabxana sistemi, kitaba, kitabxanaçılığa müasir baxışın göstəricisi, Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin kitabxana sahəsində imzaladığı qərar və fərmanların nəticəsidir. Təhsil və mədəniyyət dövlətin sütunudur. Hər iki sahəyə ulu öndərin göstərdiyi diqqət və qayğı xalqımızın inkişafı və gələcəyinə ünvanlanıb. Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də davam etdirilir və bu sahədə minlərlə yeni layihələr gerçəkləşdirilir”.
   Tədbirdə Zərifə Əliyeva adına liseyin direktoru, Əməkdar müəllim Məhəbbət Vəliyeva, Heydər Əliyev adına liseyin direktoru, Əməkdar müəllim Fikrət Xəlilov, Əməkdar müəllim Samirə Bektaşi və digər çıxış edənlər ulu öndərin Azərbaycan təhsilinə göstərdiyi qayğıdan söz açdılar.
   Sonda iştirakçılar 1500 adda kitabın nümayiş olunduğu geniş sərgi ilə tanış oldular.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar