Aprelin 23-də ümummilli lider, Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılışı oldu. Mərasimdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Polşanın qədim paytaxtında ucaldılan abidə iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilib. "Dostluq" abidəsi üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın bir tərəfində ulu öndər Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə polyak əsilli Roma papası II İohann Pavelin Azərbaycan haqqında söylədiyi fikirlər yer alıb. Müəllifləri Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayev olan abidənin hündürlüyü 3,5, eni 1,7 metrdir.
Tədbir Azərbaycan və Polşanın dövlət himnlərinin səslənməsi ilə başladı.
Polşanın Qniezno şəhər merinin beynəlxalq əlaqələr üzrə müşaviri Eji Staxovyak abidənin açılmasını əlamətdar hadisə adlandırdı. Vurğuladı ki, Polşanın qədim paytaxtı olan bu şəhərə çoxlu sayda turist gəlir və onlar da iki ölkə arasındakı münasibətlərin tarixindən ətraflı məlumat əldə edə biləcək.
Qniezno şəhərinin meri Yasek Kovalski Polşa və Azərbaycan arasında bütün sahələrdə uğurla inkişaf edən münasibətlərdən danışdı. “Bu gün Qniezno şəhərinin həyatında tarixi gündür”, - deyən mer Polşada doğulmuş Roma papası II İohann Pavelin 2002-ci ildə Azərbaycana səfərini xatırlatdı və ulu öndər Heydər Əliyevin dəstəyi sayəsində Bakıda katolik kilsənin inşa edildiyini vurğuladı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilmiş abidənin ulu öndər Heydər Əliyevin 90 illiyi ərəfəsində açılmasının xüsusi məna kəsb etdiyini vurğuladı. Bildirdi ki, Polşa XX əsrin sonunda Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyan ölkələr sırasındadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkənin əlaqələri uğurla inkişaf edib və bu gün Prezident İlham Əliyev bu münasibətlərin genişlənməsinə mühüm önəm verir.
Nazir müavini qeyd etdi ki, “Dostluq” abidəsi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir. Qeyd olundu ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində polyak memarlarının inşa etdiyi binalar indi də Bakıya xüsusi gözəllik verir. Ədalət Vəliyev bu tarixi və əlamətdar hadisə münasibətilə təbriklərini çatdırdı.
Polşanın mədəniyyət və milli irs nazirinin müavini Yatsex Olbrat qeyd etdi ki, abidənin ucaldılması yalnız Qniezno şəhərinin deyil, ümumilikdə Polşanın ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət daşıyır. Bildirdi ki, Azərbaycan Polşa üçün olduqca vacib və dost ölkədir.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iki ölkə arasında münasibətlərin tarixindən söz açaraq qeyd etdi ki, hazırda bu əlaqələr uğurla inkişaf etməkdədir.
Sonra abidənin açılışı oldu. Abidə önünə gül dəstələri qoyuldu.
* * *
Qniezno şəhərində ölkəmizlə bağlı daha bir tədbir “Dostluq” abidəsinin tikintisinə həsr olunmuş sərgi və “Azərbaycan” zanbaq gülünün təqdimatı oldu. Bildirildi ki, hollandiyalı Jan Liqthart 35 ildir ki, zanbaq güllərinin yetişdirilməsi ilə məşğuldur. Yetişdirdiyi növbəti gülə isə o, “Azərbaycan” adını verib. Jan Liqthart bunu belə əsaslandırır: “Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Bu ölkəyə mütləq nə isə həsr etmək lazımdır. Mən də yeni yetişdirdiyim zanbaq gülünü Azərbaycana həsr etdim. Zanbaq gülünün vətəni sizin regiondur. Bu addımımla istəyirəm ki, sizin regiondan bura gətirilən zanbaq gülləri yeni bir növlə vətəninə qayıtsın. Daha əvvəl mən dünya şöhrətli siyasətçi Heydər Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da adına zanbaq gülləri yetişdirmişəm”.
Tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin hazırladığı və polyak dilinə tərcümə olunmuş Azərbaycanla bağlı kitablar da təqdim olundu.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə maraqlı konsert oldu. Əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam Məmmədovdan (kamança) ibarət musiqiçilərimizin ifasında xalq mahnıları, təsniflər, muğamlar alqışlarla qarşılandı.
İntiqam Hümbətov,
Polşa, Qniezno şəhəri