Ulu öndərin 90 illiyinə həsr olunmuş xatirə gecəsi
   
   Aprelin 22-də Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon mədəniyyət müəssisələrinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbiri keçirilib.
   İştirakçılar əvvəlcə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək önünə əklil qoyublar. Sonra teatrın foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxış keçirilib.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmiləri, görkəmli incəsənət xadimləri - Xalq artistləri Arif Babayev, Ramiz Quliyev, SSRİ Xalq artisti Fidan Qasımova, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar arasında TÜRKSOY-un xətti ilə Bakıya qonaq gəlmiş Türkiyə, Qazaxıstan, Özbəkistandan olan nümayəndələr də olub.
   Tədbirdə əvvəlcə dahi rəhbərin ömür yoluna həsr olunmuş film nümayiş etdirilib. SSRİ Xalq artisti Fidan Qasımova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, əmək veteranı S.Qəhrəmanova və digərləri çıxış edərək ulu öndərlə bağlı xatirələrini söyləyiblər. Xatirə gecəsində L. və M.Rostropoviçlər adına 21, Qara Qarayev adına 8, Ə.Bədəlbəyli adına 23, G.Şaroyev adına 35 və gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəblərinin müəllim və şagird kollektivləri, II Respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, Əməkdar artistlər Yaqub Zurufçu, Anar Şuşalı və başqaları çıxış ediblər.
   Sonda G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin xor kollektivinin ifasında “Heydər babamız” musiqisi səsləndirilib.   

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar