Mayın 7-də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə iştirakçılar “Heydər Əliyev-90” adlı kitab sərgisi ilə tanış oldular.
   
   Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açaraq dahi öndərin Azərbaycanın çiçəklənməsi yolunda tarixi xidmətlərindən söz açdı. Vurğuladı ki, dahi şəxsiyyət öz əməlləri ilə adını Azərbaycanın tarixinə əbədi olaraq yazıb. Onun keçdiyi həyat yolu tariximizin özüdür. Qeyd olundu ki, ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrü respublikanın tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş illəri kimi daxil olaraq, xalqın milli şüurunun oyanışına güclü təkan verdi. 1993-cü ildə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev üzləşdiyi çətinliklərə və maneələrə cəsarətlə sinə gərərək, mübarizlik, əyilməz iradə və dəmir məntiq, özünəinam və siyasi uzaqgörənliklə xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirilmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu.
   Müdafiə Nazirliyinin Tərbiyə işləri idarəsinin rəis müavini, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bütün gücünü xalqına inamından alan, taleyi Azərbaycanın taleyindən ayrılıqda dərk edilməyən ulu öndərin bəşəriyyətin ən nüfuzlu dövlət xadimlərindən biri olduğunu vurğuladı: “Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hər hansı tarixi xronologiya çərçivəsinə sığan şəxsiyyət deyildi. Ümummilli liderimiz öz zamanının və məkanının çərçivəsinə sığmayan, genişmiqyaslı şəxsiyyət idi. Heydər Əliyevin birinci rəhbərliyi dövründə Azərbaycan müstəqil deyildi, müstəqil Azərbaycan haqqında yalnız düşünmək, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Bu nöqteyi-nəzərdən 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə yetkin, idarəetmə sahəsində təcrübəli, qətiyyətli xarakterə, güclü intellektə malik bir şəxsin gəlməsi Azərbaycan xalqının qisməti idi. Məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi”.
   Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, şair Ramiz Məmmədzadə, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev və başqaları ulu öndərin mənəvi keyfiyyətlərindən söz açdılar, xatirələrini bölüşdülər. Çıxışlarda vurğulandı ki, dahi öndərin siyasi kursu bu gün ölkəni uğurla inkişafa aparır. Onun müəyyənləşdirdiyi strategiyanın nəticəsidir ki, Azərbaycan gündən-günə çiçəklənir.
   Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan muğamları, xalq mahnıları səsləndirildi.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar