Oktyabrın 22-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Könlümün dedikləri” adlı ədəbi-bədii gecə keçirilib. Ədəbi-bədii gecə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mikayıl Müşfiqin 105 illik yubileyi ilə əlaqədar təşkil olunub.
İştirakçılar şairin həyat və yaradıcılığını əks etdirən fotostend və kitab sərgisinə baxıblar. Gecədə BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Knyaz Aslan, şairə Gülarə Munis, şair Arif Buzovnalı və digər qonaqlar çıxış edərək Mikayıl Müşfiqin həyat və yaradıcılığından söz açıblar. Şairin şeirləri səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa olunub.